AZ

Dietoloq çörəyin faydalarından danışdı: ARIQLADIR!

Arıqlamaq istəyən çörəkdən imtina etməməlidir, çünki çörək qiymətli minerallar mənbəyidir.

Publika.az bildirir ki, bu barədə "Gazeta.Ru"ya dietoloq Yuliya Xlopova məlumat verib.

“Çörək bəşəriyyəti min illər boyu doyuzduran ən qədim məhsullardan biridir. Əsas komponentlər su, un, duz və mayadır. Ancaq çörək karbohidratlar, lif, B vitaminləri, maqnezium, kalium və dəmir kimi minerallarla zəngin məhsuldur", - dietoloq qeyd edib.

Onun sözlərinə görə, çörək balanslaşdırılmış pəhrizə daxil edilərsə, arıqlamağa maneə olmayacaq.

“Əksinə, bu prosesə kömək edə bilər. Tam taxıl çörəyi, tərkibindəki lif sayəsində daha uzun müddət tox hiss etməyə kömək edir, həddindən artıq yemək riskini azaldır.

Çörəkdən alınan karbohidratlar məşq və gündəlik digər fəaliyyətlər üçün enerji verir. Bundan əlavə, bu, emosional rahatlıq gətirir - çörəyin tamamilə istisna edilməsi çox vaxt stresə və əsəb pozğunluğuna səbəb olur”, - Yuliya Xlopova bildirib.

Mütəxəssis qeyd edib ki, dünyada karbohidratın məhdudlaşdırıldığı pəhrizlər dəb halına gəldiyi üçün çörək “avtomatik olaraq gözdən düşüb”.

Seçilən
19
publika.az

1Mənbələr