Bakı. Trend:
Sertifikasiya imtahanlarından uğurla keçmiş müəllimlərinmaaşlarına xüsusi əlavələr olunur. Göstərdiyi nəticəyə görə, həminmüəllimlərin əməkhaqlarına müvafiq bonuslar əlavə edilir. İddialaragörə, bonuslar maaş verildikdən sonra hesablara köçürülür və həminməbləğlər işçinin əmək pensiyasının hesablanması zamanı nəzərəalınmayacaq.
Bu məlumatlar nə dərəcədə həqiqəti əksetdirir?
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən bildirilib ki, təhsilverənlərəsertifikatlaşdırmanın nəticəsinə görə vəzifə maaşlarına aylıqəlavələrin verilməsi onların aylıq tarif (vəzifə) maaşıödənildikdən sonra müvafiq qaydada (keçid balına əsasən, 10 və ya35% olmaqla) hesablanaraq ödənilir.
Eyni zamanda, Nazirlikdən qeyd edilib ki, mövcud qanunvericiliyə- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasın Qanununaəsasən, əmək pensiyası vətəndaşlara əvvəllər aldıqları əməkhaqqı vədigər gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pulödənişidir.
“Əmək Məcəlləsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif(vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Qeyd edilənlər nəzərə alınaraq bildirilir ki, təhsilverənlərəsertifikatlaşdırmanın nəticəsinə görə ödənilən pul vəsaitləriAzərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli1815 nömrəli Fərmanına və Azərbaycan Respublikası NazirlərKabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarınaəsasən əlavə ödənc hesab olunduğundan, əməkhaqlarına ödənilənəlavələrin gələcəkdə əmək pensiyasına təsir etməyəcəyi barədəfikirlər əsassızdır”, - deyə məlumatda vurğulanıb.
Mövzu ilə bağlı deputat Vüqar Bayramov daTrend-əbildirib ki, sosial sığorta haqqında Qanunun 15-ci maddəsindəmüəllimlərin əməkhaqlarına əlavə edilən mükafatların məcburi dövlətsosial sığorta ayırmalarına cəlb edilməməsi ilə bağlı hər hansıistisna nəzərdə tutulmayıb.
“Həmin mükafatlar əmək haqqının tərkibi hesab edildiyi üçünümumi qaydada məcburi dövlət sosial sığorta ayırmalarına cəlbedilir. Məcburi dövlət sosial sığorta haqqı hesablandığı üçün ümumiqaydada fərdi uçotun formalaşdırılmasında iştirak edir. İşçininəmək pensiyasının hesablanmasında da nəzərə alınmalıdır”, - deyəmillət vəkili əlavə edib.