Böyük Britaniyada yaşayan Lucy Nibbs, həkimlərin anasının mədəaltı vəzi xərçəngini aylar ərzində aşkar edə bilməməsindən sonra insanlara sağlamlıqları ilə bağlı narahatlıqlarını gözardı etməmələri barədə xəbərdarlıq edib.
E-saglam.az bildirir ki, 55 yaşlı Gill Nibbs 2009-cu ildə 1-ci tip şəkərli diabet diaqnozu aldı. Ancaq 18 ay sonra o, sürətlə arıqlamağa və dözülməz bel ağrılarına məruz qaldı. Həkimlər simptomları diabetlə əlaqələndirsələr də, sonradan mədəaltı vəzi xərçənginin səbəb olduğu məlum oldu.
2011-ci ilin martında xərçəngin sağalmaz olduğu və artıq digər orqanlara yayıldığı təsdiqləndi. Kimyaterapiya təklif edilsə də, Gill həyatının qalan hissəsini ailəsi ilə keçirməyi seçdi. Son aylarında nəvəsi Lotti ilə görüşmək üçün həyata bağlandı, lakin 57 yaşında dünyasını dəyişdi.
Lucy hər kəsi mədəaltı vəzi xərçənginin simptomlarına—sarılıq, iştahsızlıq, qəfil kilo itkisi, qəbizlik və bel ağrılarına—qarşı diqqətli olmağa çağırıb. Bu xəstəliyin yalnız 20%-i erkən mərhələdə aşkar edilir və hər il 9 500 insan həyatını itirir. Erkən diaqnoz isə həyat qurtara bilər.
Tərcümə: Könül Oruc