AZ

BMT: İsrail üzvü olmadığı qurumdan çıxa bilməz...

İsrail BMT-nin İnsan Hüquqları Şurasına (UNHRC) daxil olan 47 ölkədən biri deyil və buna görə də üzvü olmadığı qurumdan çıxa bilməz...

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə müsahibəsində BMT İnsan Hüquqları Şurasının rəsmi nümayəndəsi Paskal Sim deyib.

Sim vurğulayıb ki, İsrail müşahidəçi statusuna malikdir və bu, Şuraya üzvlük demək deyil.

“Şurada müşahidəçi dövlət üzvü olmadığı qurumdan çıxa bilməz”, deyə BMT rəsmisi qeyd edib.

Paskal Simin sözlərinə görə, UNHRC Şuranın üzvü və ya müşahidəçi statusuna malik olmasından asılı olmayaraq, BMT-nin üzvü olan hər bir dövlətin orqanının işində iştirakını alqışlayır və buna həvəsləndirir.

Qeyd edək ki, bir gün əvvəl, fevralın 5-də İsrailin xarici işlər naziri Qideon Saar İsrailin ABŞ-ı dəstəklədiyini və ölkəsinin BMT-nin İnsan Haqları Şurasından çıxdığını bəyan edib. Saarın sözlərinə görə, bu qurum ayrı-seçkilik qurbanlarının maraqlarını qorumaq əvəzinə, yəhudi dövlətini şeytanlaşdırır və antisemitizm yayır.

Sevralın 4-də ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin İnsan Haqları Şurasından çıxarılması haqqında fərman imzalayıb. Ağ Ev rəhbəri BMT strukturlarından çıxmasını onun fəaliyyətinin ABŞ-ın maraqlarına uyğun gəlməməsi ilə əsaslandırıb. Tramp həmçinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırmaq barədə sərəncam imzalayıb.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr