AZ

Bu gün ermənilərin məhkəməsi keçiriləcək - Prokuror ittiham aktı elan edəcək

Fevralın 6-da günün ikinci yarısında hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası”, onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq, digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

 

Bu gün onların cinayət işi üzrə də məhkəmə istintaqın açıq elan ediləcəyi və prokurorun ittiham aktının nəticəvi hissəsini elan edəcəyi gözlənilir.

Seçilən
19
11
modern.az

10Mənbələr