AZ

Dünyada yeni mərhələ başlayır: Herkulanum kitabxanasının sirləri açılır - alimlər bunu bacardılar!(FOTO)

Alimlər Herkulanum kitabxanasında tapılmış qədim papiruslardan birini süni intellektin köməti ilə virtual şəkildə açmağı bacarıblar.

Turkustan.azBBC -yə istinadla bildirir ki, bu əlamətdar hadisə Vezuvi vulkanının 79-cu ildə püskürməsi zamanı kül altında qalan qədim Roma şəhəri olan Herkulanumun tarixi irsini daha dərindən öyrənməyə imkan yaradır.

Screenshot_3.png

Unikal kitabxana

Herkulanumun villalarından birində yerləşən “Papiruslar villası” 1800-dən çox qədim svitki (əl yazmasını) qoruyub saxlayıb. Bu kitabxana antik dövrün tam şəkildə qorunub saxlanmış yeganə kitabxanası hesab olunur.

İlk dəfə XVIII əsrdə arxeoloqlar tərəfindən aşkar edilən bu papiruslar vulkanik istilik və kül nəticəsində kömürə çevrildiyindən indiyə qədər onların açılması və oxunması mümkün olmurdu. Lakin yeni texnologiyalar sayəsində tədqiqatçılar svitklərin daxili mətnini virtual olaraq oxumağa nail olublar.

Screenshot_4.png

Bu kəşf, qədim Roma dövrünün ədəbiyyatı, fəlsəfəsi və elmi bilikləri haqqında yeni məlumatların əldə olunmasına imkan yaradacaq. Alimlər bu texnologiyanın gələcəkdə digər qədim əlyazmaların açılması üçün də istifadə ediləcəyinə inanırlar. /Musavat.com/

Seçilən
16
turkustan.az

1Mənbələr