İlon Maskın partizan hərəkətindən sonra Avropada Tesla markasına qarşı artan reaksiya satış rəqəmlərində də əks olunub.
Marja xəbər verir ki, Almaniyada ifrat sağçı siyasətçilərlə görüşən Maskın şirkəti Tesla-nın, yanvar ayında satışlarını 59 faiz azalaraq 1277 ədədə düşüb. Beləliklə, 2021-ci ilin iyul ayından bəri ən aşağı aylıq satış rəqəmi qeydə alınıb.
Eynilə, Fransada Tesla satışları sürətlə azalıb. Yanvar ayında ölkədə Tesla-nın satışları illik müqayisədə 63 faiz azalıb.
Maskın siyasi gərginlik yaşadığı başqa bir ölkə olan Böyük Britaniyada da satışlar azalıb. Bu ölkədə satışlar 12 faiz azalıb.