AZ

Çörəyin çəkisi niyə azalıb? - Video

Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük ediləcək.

Publika.az xəbər verir ki, diqqətçəkən məqam 55 qəpiyə satılan çörəyin çəkisinin 510 qram olması, yəni azaldılmasıdır.

Söhbət ondan gedir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvar ayında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə yüksəlməsi ilə bağlı açıqlamasında çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.

Eyni zamanda, həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının qiymətin 65 qəpikdən 70 qəpiyə qaldırılması ilə bağlı birgə məlumatında da çörəyin çəkisinin 650 qram olacağı vurğulanmışdı. Ötən müddətdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manatadək, yəni 40 faizə yaxın ucuzlaşması əsas gətirilərək çörəyin qiyməti də aşağı salınıb.

Belə ki, 650 qramlıq çörəyin qiyməti mərhələlərlə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz endirilib. Lakin son açıqlamadan belə məlum olur ki, istehsalçılar çörəyin qiymətindəki endirimi, əslində, onun çəkisi ilə kompensasiya ediblər.

Bununla da çəki 21,5 faiz, yəni 650-dən 510 qrama qədər azaldılıb. Unun ucuzlaşmasının isə qiymətə real təsiri olmayıb.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin çəkisini sahibkarlar özləri sərbəst müəyyən edirlər:

Seçilən
32
18
publika.az

10Mənbələr