AZ

Tramp Qəzzaya ABŞ qoşunlarını göndərmək öhdəliyi götürməyib

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına Amerika qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Prezident Qəzzaya qoşun yeritmək öhdəliyi götürməyib”, o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini bildirib. O, Amerika qoşunlarını Qəzzaya göndərməyə hazır olduğunu açıqlayıb və anklavdan fələstinlilərin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu bildirib.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
27
oxumeni.az

1Mənbələr