Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sevdar Alışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 12 iyul 2023-cü il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi, 2-ci sahə kənd qəbiristanlığının yaxınlığında qeydə alınıb.
Belə ki, Sevdar Alışov tanışı, zərərçəkmiş İlqar Ələsgərovla görüşüb. Sonra onların arasında söyüş üstündə mübahisə başlayıb. Nəticədə Sevdar üzərində gəzdirdiyi kəsici-deşici alətlə onun qarın nahiyəsindən bir zərbə endirərək xəsarət yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Kamal Məmmədov