AZ

Məşhur şirkətin varisi helikopter qəzasında öldü

İralitada helikopter qəzaya uğrayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir kİ, hadisə Parma əyalətinin Kastelqelfo qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər həlak olub. Xilasedicilər helikopterin qalıqları arasından bir sərnişin və iki pilotun cəsədini çıxarıblar.

Sərnişin Lorenzo Rovaqnati “Gran Biscotto” şirkətinin varislərindən biridir. Helikopter Rovaqnati ailəsinə məxsus Orta əsrlərə aid qəsrin ərazisində qəzaya uğrayıb.

Qəzaya güclü dumanın səbəb olduğu bildirilib.

Uçuşların Təhlükəsizliyi üzrə Milli Agentlik qəza ilə bağlı araşdırmaya başlayıb.

Seçilən
35
8
bakivaxti.az

9Mənbələr