Almaniyanın “Mercedes-Benz” şirkəti “A-Class Sedan” modelinin istehsalını dayandıracaq.
Avtosfer.az xəbər verir ki, buna səbəb modelin alıcısının olmamasıdır.
Bildirilir ki, 2025-ci ilin yanvar ayının sonundan başlayaraq “A-Class Sedan” modeli 18% endirimlə alıcıya təklif olunur. Hazırda brendin rəsmi saytında 280 avtomobil satışa qoyulub.
Gözlənilir ki, PHEV hibrid versiyası da daxil olmaqla sonuncu “A-Class Sedan” modellərinin 2025-ci ilin ikinci rübündə satılacağı gözlənilir.
Namiq Musayev