Dünən yerli vaxtla saat 19:30 radələrində Parmanın Kastelqelfo şəhərində helikopter qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Helikopterdəki iki pilot və iş adamı Lorenzo Rovaqnatinin qəzada həyatını itirdiyi bildirilib.
Ehtimal edilir ki, qəza sıx duman səbəbindən görmə qabiliyyətinin azalması və ya quyruq pervanəsindəki mexaniki nasazlığın səbəb olduğu pilot səhvi səbəbindən baş verə bilər.
Məlumata görə, İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb, Parma Respublika Prokurorluğu isə helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verib.
Bildirilib ki, iş adamı Lorenzo Rovaqnati adətən çərşənbə günləri Milandan Castelguelfodakı malikanəsinə helikopterlə gedir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”