AZ

Argentina ÜST-ə üzvlükdən imtina edib

Argentina hökuməti Ümümdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Argentina prezidenti Xavyer Milei sosial media hesabında məlumat yayıb.

Milei açıqlamasında ÜST-ün pandemiya zamanı həyata keçirdiyi tədbirlərin insanlığa qarşı cinayət olduğunu bildirib:

"ÜST-ün primitiv karantinin yaradıcıları olduqlarını heç vaxt unutmayacağıq. Bu vəziyyət Roma Nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, onların göstərişlərini yerinə yetirən bütün dövlətlərlə əməkdaşlıq edərək, tarixdə insanlığa qarşı ən qəribə cinayətlərdən birini törətmək demək idi".

Əli Hüseynov

Seçilən
9
bakivaxti.az

1Mənbələr