AZ

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olunub.

Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəndov-Yalama yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü - Xaçmaz şəhər sakini Səfər Ağayev təhlükəsizlik kəmərini bağlamadığına üçün Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, avtomobilində narkotik vasitə də aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbirlər görülməklə S.Ağayev ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Müəllif: Hacı Zeynalov
Seçilən
33
10
teleqraf.com

10Mənbələr