Londonun "Arsenal"ı hazırkı İngiltərə Liqa Kubokunu yarımfinalda "Nyukasl"a uduzaraq tərk edib. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “Sent Ceyms Park”da keçirilən görüş 2:0 hesabı ilə "Nyukasl"ın xeyrinə başa çatıb. "Nyukasl"ın yarımmüdafiəçisi Ceykob Merfi 19-cu dəqiqədə, Entoni Qordon isə 52-ci dəqiqədə dubl edib. Bu qarşıdurmanın ilk oyunu yanvarın 7-də"Emirates Stadium"da baş tutub - Mikel Artetanın komandası eyni hesabla məğlub olub. Beləliklə, ümumi hesabda 0:4 hesabı ilə uduzan “Arsenal” turnirdən kənarlaşdırılıb.