Elmi-nəzəri və pedaqoji istiqamətdə nəşr olunan “Azərbaycan məktəbi” jurnalı elmi ictimaiyyətin nümayəndələrini əməkdaşlığa çağırır. Alim və tədqiqatçılar təhsil və pedaqogika sahəsində aktual məsələlərlə bağlı elmi məqalələrini jurnala təqdim edə bilərlər.
QHT.az xəbər verir ki, məqalələrin nəşri ödənişsiz həyata keçirilir. Ətraflı məlumat və məqalə təqdim etmək üçün jurnalın rəsmi səhifəsinə müraciət edə bilərsiniz.