Millinin baş məşqçisi Fernandu Santuş bu gün Bakını tərk edəcək.
Portuqaliyalı mütəxəssis Şamaxıya yollanacaq.
Onun səfərində məqsəd I Liqanın 13-cü turu çərçivəsində keçiriləcək «Difai» - «Qəbələ» matçını izləməkdir.
2024-cü ilin yayından bəri yığmamızı çalışdıran sabiq «Beşiktaş»lı əyalətə tək getməyəcək. AFFA-nın nümayəndəsi və bir köməkçisi onun qafiləsində yer alacaq.
Sözügedən qarşılaşma saat 14:30-da start götürəcək.
«Qəbələ» 12 turdan sonra turnir cədvəlinin lideridir. «Difai» isə 9-cu pillədə qərarlaşıb.
SPORTİNFO.AZ