AZ

Millinin baş məşqçisi bu gün rayona gedəcək -  Onları izləmək üçün

Millinin baş məşqçisi Fernandu Santuş bu gün Bakını tərk edəcək.

Portuqaliyalı mütəxəssis Şamaxıya yollanacaq.

Onun səfərində məqsəd I Liqanın 13-cü turu çərçivəsində keçiriləcək «Difai» - «Qəbələ» matçını izləməkdir.

2024-cü ilin yayından bəri yığmamızı çalışdıran sabiq «Beşiktaş»lı əyalətə tək getməyəcək. AFFA-nın nümayəndəsi və bir köməkçisi onun qafiləsində yer alacaq.

Sözügedən qarşılaşma saat 14:30-da start götürəcək.

«Qəbələ» 12 turdan sonra turnir cədvəlinin lideridir. «Difai» isə 9-cu pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

Seçilən
19
sportinfo.az

1Mənbələr