AZ

Milli olmaq üçün nə etmək lazımdır? - VİDEO


Zaman sürətlə dəyişir, informasiya axınları durmadan artır və süni intellekt yarışları daha da qızışır. Bu prosesdən kənarda qalmamaq, əksinə ondan yararlanmaq vacibdir. Uşaqlarımıza müasir texnologiyalardan, yeni trendlərdən istifadə edib inkişaf etmələri, təhsildə dəqiq elmlər və riyazi biliklərini daha da möhkəmləndirmələri, çoxlu dil öyrənmələri üçün çalışmalıyıq.
Milli olmaq üçün qapanmaq yox, qlobal müstəvidə rəqabətə girmək lazımdır. Tövsiyə edirəm, fürsət tapan kimi Professor Özgür Dəmirtaşın “Gələcəklə bağlı qayğılar”dan bəhs edən çıxışını dinləyin. Oradakı fikirlər, bu yarışın içində necə düzgün mövqe tutmağın yollarından bəhs edir.
Gələcək elə bugünkü seçimlərimizdən başlayır. Zamanında və düzgün atılan hər addım, sabahımızın daha parlaq olmasına kömək edəcək.
Aqil Məmmədov, ekspert
Seçilən
23
news365.az

1Mənbələr