AZ

İtaliyada helikopter qəzasında 3 nəfər həyatını itirib

Bakı, TurkicWorld

İtaliyanın şimalında, Parma şəhəri yaxınlığında baş verən helikopter qəzası nəticəsində 3 nəfər ölüb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, hadisə dünən saat 19:30 radələrində Parmanın Castelguelfo bölgəsində qeydə alınıb.

Helikopterdə olan iki pilot və sənaye şirniyyat məhsulları sektorunun tanınmış iş adamlarından biri, Lorenzo Rovaqnati qəza nəticəsində həyatını itirib.

Qəzanın ilkin səbəbləri kimi sıx duman səbəbindən görmə qabiliyyətinin azalması və ya quyruq p\rvanəsində mexaniki nasazlıq nəticəsində baş verən pilot səhvi ehtimal edilir.

İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) hadisə ilə bağlı araşdırmalara başlayıb. Eyni zamanda, Parma Respublika Prokurorluğu helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verib.

Seçilən
31
turkic.world

1Mənbələr