Rusiyanın Samara şəhərinin sabiq meri Viktor Tarxov və həyat yoldaşı Natalya güllələnərək öldürülüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsindəki mənbə bildirib.
Bildirilir ki, Tarxovlar bu yaxınlarda Finlandiyadan Rusiyaya qayıdıblarmış
Viktor Tarxov 3 yanvar 1948-ci ildə Kuybışevdə (Samara) anadan olub. Kuybışev Sintetik Spirt Zavoduna, yenidənqurmadan sonra Kuybışev Vilayət İcraiyyə Komitəsinə rəhbərlik edib, Novokuybışevsk Neft Emalı Zavodunun baş direktoru vəzifəsini tutub.
Mənbənin sözlərinə görə, qətliamda şübhəli bilinən, qurbanların nəvəsi Yekaterina Belskaya saxlanılıb. O, ifadə verməkdən imtina edib.
“İstintaq əmindir ki, SMS-ləri nənə və babasının telefonlarından göndərən məhz odur. Həmçinin, müstəntiqlərin fikrincə, qətldən sonra şübhəli şəxs qurbanların əmlakını, o cümlədən keçmiş merin qiymətli əşyalarını və avtomobil kolleksiyasını satıb”, - məlumatda bildirilir.
Eyni zamanda, digər mənbələrə görə, Tarxov və arvadı güllələnməyib, döyülərək öldürülüblər. Bundan sonra onların cəsədləri doğranaraq, tam bir ay çəlləklərdə saxlanılıb.
//publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta