AZ

Ayaqqabısını bağlayarkən ölübmüş - Şagirdin vəfatı ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Dərs zamanı halı pisləşən şagird ölüb.

Day.Az xəbər verir ki, hadisə Mingəçevirdə yerləşən 5 nömrəli tam orta məktəbdə baş verib.

Verilən məlumata görə, dünyasını dəyişən Yusif Yusifov ailənin yeganə övladı olub.

Qəfil halı pisləşən 2010-cu il təvəllüdlü Yusif Yusifovun həyatını xilas etmək üçün məktəbə təcili yardım çağrılıb. TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.  Bu zaman həkiməqədər ölüm faktı qeydə alınıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən də bildirilib ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyatı qurumlara məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
1
day.az

2Mənbələr