Ağcabədidə 17 yaşlı oğlan itkin düşüb.
Viral.az xəbər verir ki, fevralın 4-də Ağcabədi şəhəri, Babək küçəsində yaşayan 1976-cı il təvəllüdlü Ə.Həsənov polisə müraciət edərək həmin gün övladı Adilin evdən çıxaraq geri qayıtmadığını bildirib.
Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.
Son Yazılar:
- İtkin düşən 17 yaşlı oğlanın telefonu TAPILDI
- Mərkəzi Bankın rəhbərliyində dəyişiklik OLDU
- Ronaldo ad günündə anası ilə belə rəqs etdi
Faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.