AZ

Məktəblərdə diskotekaların açılmasını tövsiyə edən məmur istefa verdi

Yazını böyüt
Yazını kiçilt

Rusiya Təhsil Nazirliyinin departament direktoru Natalya Aqre öz xahişi ilə vəzifəsindən getdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Aqre qərarını dekabrda verdiyini bildirib. Rəsmi bu yaxınlarda təklif etmişdi ki, şagirdlərin romantik münasibətlər qura biləcəyi mühitlər yaratmaq üçün məktəblərdə diskotekalar yenidən təşkil edilsin.

Aqre bu təklifi gənclərin ailə qurmaq istəyinin aşağı olduğunu göstərən sorğunun nəticələri ilə dəstəkləyib. Onun sözlərinə görə, 18-21 yaşlı gənclərin cəmi 8 faizi özlərini ailədə görmək istəyir. Aqre bunun səbəbinin uşaqlar üçün kifayət qədər romantik mühitin olmaması olduğunu bildirib.

Gənclərin dəyər sistemini araşdıran anketə 673 min adam qatılıb.

Təhsil Nazirliyi Aqrenin açıqlamalarına cavab verib və demoqrafiya ilə bağlı layihələr üzərində işləmədiklərini bildirib. Nazirliyin açıqlamasında “Demoqrafiya ölkəmiz üçün vacib məsələdir. Bu kontekstdə “Mühüm məsələlərlə bağlı söhbətlər” adlı sinifdənkənar tədbirlərdə və sosial elmlər dərslərində müəllimlər şagirdlərə ailə dəyərlərindən, uşaqlı ailələrə dəstək olmaqdan danışırlar” deyilib.

Seçilən
31
hafta.az

1Mənbələr