AZ

Süni intellekt yarışlarına “Snapchat” da qoşuldu: Mətndən şəkil yaradan yeni modelini elan etdi

“Snapchat” mətndən şəkil yaradan süni intellekt modelini təqdim edib. Bir neçə aydan sonra istifadəyə veriləcək bu xüsusiyyət cihazın özündə işləyəcək.

Valyuta.az xəbər verir ki, süni intellekt əsaslı texnologiyalar bu gün demək olar ki, hər yerdə özünü göstərməyə başlayıb. Artıq sosial media platformaları da süni intellekt dəstəyi ilə yeni funksiyalar təqdim edir və bir vaxtlar fenomen hesab edilən “Snapchat” də bu trenddən geri qalmaq istəmir.

“Snapchat”ın yeni modeli necə işləyəcək?

“Snapchat” mətndən şəkil yaradan süni intellekt funksiyasını elan edib. Rəsmi məlumata görə, iPhone 16 Pro Max modelində aparılan testlər zamanı bu texnologiyanın cəmi 1,4 saniyəyə yüksək keyfiyyətli şəkillər yarada bildiyi müəyyən edilib. Şirkət rəsmiləri bildiriblər ki, bu süni intellekt modeli bulud sistemində deyil, birbaşa cihaz daxilində işləyəcək.

Yeni funksiya yaxın aylarda istifadəyə veriləcək

“Snapchat”ın verdiyi açıqlamaya görə, bu funksiya bir neçə ay ərzində istifadəçilərə təqdim ediləcək. İstifadəçilər süni intellekt dəstəyi ilə metndən şəkil yaratma alətindən “AI Snaps” və “AI Bitmoji Backgrounds” kimi funksiyalar üçün istifadə edə biləcəklər.

Sərvanə Rəmixanova

Seçilən
13
valyuta.az

1Mənbələr