AZ

"Hazırda "Ferentsvaroş" üçün Romao, “Qarabağ” üçün Kadi daha üstün variantdır"

“Kadinin gəlişi heç bir halda Juninyonun transferi və ya “Qarabağ”ın Avropa Liqasinin Liqa mərhələsində sonuncu olması ilə bağlı deyil. Ağdam klubu Kadini yayda da qaytarmaq istəyirdi”.

Bu sözləri Teleqraf.com-aaçıqlamasında tanınmış menecer Tural Əsgərov Azərbaycan Premyer Liqasının son çempionu “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borgesi transfer etməsi barədə danışarkən deyib.

Keçid prosesində yaxından iştirak edən futbol agenti bu keçidin plansız olduğunu da gizlətməyib: “Hələ 2024-cü ilin yayından Kadinin Azərbaycana gətirilməsi üçün cəhdlər olmuşdu. Amma o vaxt “Krasnodar” braziliyalı yarımmüdafiəçini Macarıstan “Ferentsvaroş”una satmağı qərara aldı. Görünür, indi yenidən onu qaytarmaq imkanı yarandığından, “Qarabağ” fursəti qaçırmayıb”.

Əsgərov daha bir braziliyalı Julio Romao ilə Kadinin dəyişdirilməsi barədə isə bunları bildirib: “Bildiyim odur ki, “Ferentsvaroş” əvəllər də Romaoya "elçi düşüb", lakin “Qarabağ” bu transferə isti baxmayıb. Bu dəfə isə ikili transferə razılıq verilib. Demək ki, macarlar üçün Romao, “Qarabağ” üçün isə Kadi hazırda daha üstün variantdır”.

Xatırladaq ki, Azərbaycan çempionu 2021/2022 mövsümündə də öz heyətində çıxış etmiş Kadi Borgesi “Ferensvaroş”dan 4 illik müqavilə ilə transfer edib. Eyni zamanda, 2022 - 2024-cü illərdə Ağdam klubunda forma geyinmiş Julio Romaonu Macarıstan təmsilçisi ilə dəyişdirilib.


Müəllif: Röyanə Oğuz
Seçilən
1
teleqraf.com

1Mənbələr