AZ

Sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması planlaşdırılır - Seymur Adıgözəlov

Bakı. Trend:

Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarınaəlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çoxdaimi iş yerinin yaradılması planlaşdırılır.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qurulacaq müəssisələrdə dərman preparatları,əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikintimaterialları və s. məhsulların istehsalı təşkil olunacaq:

"Sənaye zonaları 2024-cü ildə ölkədə əhalinin məşğulluqsəviyyəsinin artırılmasında, yeni növ məhsulların istehsaledilməsində, ixrac imkanlarının genişləndirilməsində mühüm roloynayıb.

Belə ki, 2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan 10müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiyayatırılıb, 389 daimi iş yeri yaradılıb".

"Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının,ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s.məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayanmüəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusiləqürurverici haldır", - deyə o qeyd edib.

Seçilən
15
az.trend.az

1Mənbələr