AZ

Juninyodan ilk – Kariokada qol vurub - FOTO

“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo ötən ay transfer olunduğu “Flamenqo”da qol hesabını açıb.

İdman.biz xəbər verir ki, 28 yaşlı hücumçu Kariokanın A seriyasının “Portuqeza” ilə görüşündə fərqlənib.

O, komandasının 5:0 hesablı qələbə qazandığı qarşılaşmanın 40-cı dəqiqəsində hesabı açıb. Səfərdə fərqlənən Juninyo “Flamenqo”dakı 3-cü oyununda ilk qolunu vurub.

Qeyd edək ki, bu, Olavionun karyerasında Kariokada vurduğu ilk topdur.

İdman.biz

Seçilən
23
1
idman.biz

2Mənbələr