Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar bəlli olub.
Msport.az xəbər verir ki, təcrübəli qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı 1/8 final sədddini keçiblər. 1/4 finalın digər iştirakçıları taybreykdən sonra bilinəcək.
Azərbaycan çempionatı
1/8 final, cavab oyunları
Fərid Abbasov – Şəhriyar Məmmədyarov 0:1 (ümumi hesab 0:2)
Teymur Rəcəbov – Namiq Quliyev 0,5:0,5 (1,5:0,5)
Vüqar Rəsulov – Rauf Məmmədov 0:1 (0,5:1,5)
Aydın Süleymanlı – Riad Səmədov 0,5:0,5 (1,5:0,5)
Məhəmməd Muradlı – Nicat Məmmədov 0:1 (1:1)
Vasif Durarbəyli – Əhməd Əhmədzadə 0,5:0,5 (1:1)
Vüqar Əsədli – Eltac Səfərli 0,5:0,5 (1:1)
Misrətdin İsgəndərov – Nicat Abasov 0,5:0,5 (1:1)