Bakı. Trend:
2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satışhəyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracınpayına düşür.
Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü illə müqayisədə ixrac 8,1%artıb:
"Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dənçox ölkəsinə ixrac edilir.
Əsasən sənaye zonalarında istehsal edilən polimer, karbamid,sürtgü yağlarının, şüşə lövhələrin, polad boruların, kabel, sulfatturşusunun, tütün məmulatlarının, keramik plitələrin, ipliklərin,divar kağızlarının, müxtəlif təyinatlı ayaqqabıların və sməhsulların ixracı həyata keçirilib".
"2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsullarıistehsalında xüsusi çəkisi 17,6%, ixracında isə 26% təşkil edib", -o əlavə edib.