AZ

Juninyo Braziliyada ilk qolunu vurdu - VİDEO

Qış fasiləsində “Qarabağ”ı “Flamenqo”ya dəyişən Juninyo Olavio Braziliyada qol hesabını açıb.

Fanat.Az xəbər verir ki, o, "Quanabara kuboku"nun 8-ci turunda "Portuqesa" ilə görüşdə fərqlənib. 

Start heyətində yer alan forvard 37-ci dəqiqədə hesabı açıb. Oyun "Flamenqo"nun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Juninyo 73-cü dəqiqədə əvəzlənib.
 

"Flamenqo" 12 komandalıq turnirdə 13 xalla hazırda ilk pillədə qərarlaşıb. 

Qeyd edək ki, 2023-cü ilin yayından bu ilin yanvarına qədər "Qarabağ"da oynayan 28 yaşlı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.

Seçilən
6
fanat.az

1Mənbələr