AZ

Tramp İran qarşı... - Tehran təzyiqlərə davam gətirə biləcək?

Tramp İrana qarşı tam təzyiq göstərmək üçün sərəncam imzalayıb...

Politoloq: “Əslində ABŞ prezidenti Donald Trampın İrana qarşı təzyiqlər etməsi təəcüblü deyil və bu gözlənilirdi”.

“Bu iqtisadi-sosial təzyiqlər İranda ciddi sosial problemlərə gətirib çıxara bilər. Amma böyük ehtimalla, İran bu təzyiqlərə tab gətirə biləcək”.

Bu sözləri politoloq Turan Rzayev Trampın İran qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Tramp İrana qarşı tam təzyiq göstərmək üçün sərəncam imzalayıb. Bəs, çox ciddi iqtisadi və sosial problemlər yaşayan İran bu təzyiqlərə davam gətirə biləcək?

ABŞ-İran münasibətlərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Mən düşünmürəm ki, ABŞ-də İranın etnik parçalanmasını planlayanlar olsun. İndiki etapda ABŞ və İsrailin masasında molla rejiminin onların iradəsinə tabe olan başqa bir rejimlə əvəz edilməsi var”.

Bununla Vaşinqtonun həm də İran daxilindəki vəziyyəti pozmağa çalışacaqlarını proqnoz edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, Tramp adminstrasiyası İran daxilində sosial, iqtisadi gərginliyin səbəb olacaq yeni etirazlar yaratmağa çalışacaq:

“Əslində ABŞ prezidenti Donald Trampın İrana qarşı təzyiqlər etməsi təəcüblü deyil və bu gözlənilirdi. Çünki 2025-ci il 2024-cü ildə olduğu kimi İran-İsrail gərginliyinin davam edəcəyi, hətta daha da artacağı bir il olacaq. İsrailin maksimum dərəcədə İranı onun ərazilərini vurmağa təhrik edəcək. Bununla da İsrail İrana qarşı beynəlxalq koalisiya yaratmaq istəyir.

Belə olan halda da, təbii ki, ABŞ-nin İsrailə dəstəyi olacaq. Çünki Trampın hakimiyyətə gəlməsindən Netanyahunun, İsrail və yəhudi lobbisinin böyük dəstəyi var. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, İrana qarşı təzyiqlər artacaq. ABŞ bununla İranı zəiflətmək və İsrail-İran gərginliyi fonunda İsrailin daha güclü olmasını istəyir. Amma mən düşünmürəm ki, ABŞ-də İranın etnik parçalanmasını planlayanlar olsun. İndiki etapda ABŞ və İsrailin masasında molla rejiminin onların iradəsinə tabe olan başqa bir rejimlə əvəz edilməsi var. Rejimin yıxılmasının İranda hansı proseslər doğuracağını isə indidən proqnozlaşdırmaq çox çətindir.

Turan Rzayev: “İran daxilindəki müxalifət çox parçalanmış və vəziyyətdədir və bu parçalanma həm də etnik xarakterlidir”.

Bəli, bu iqtisadi-sosial təzyiqlər növbəti dəfə İranda ciddi sosial problemlərə gətirib çıxara bilər. Amma böyük ehtimalla, İran bu təzyiqlərə tab gətirə biləcək. Çünki İranda xalq tez-tez etiraz aksiyalarına qalxsa da, üsyana çox da meyilli deyil. Buna baxmayaraq,Tramp adminstrasiyası İran daxilində sosial, iqtisadi gərginliyin səbəb olacaq yeni etirazlar yaratmağa çalışacaq və İran daxilindəki sabitliyi pozmağa çalışacaqlar. Yəni daxildə sosial, iqtisadi gərginliyin səbəb olacağı aksiya yaratmağa çalışacaqlar. Təcrübə göstərir ki, bu bir dəfə alındı. Hətta vəziyyət ciddi hala gəlmişdi. Etnik azlıqlar belə məsələni artıq etnik gərginliyə çevirmişdilər. Bu baxımdan ABŞ-nin təzyiqləri effektli ola bilər, müəyyən qismdə bu effekt ABŞ-nin etirazlara verəcəyi dəstəkdən asılı olacaq.

Heç kimə sirr deyil ki, ABŞ-nin əsas məqsədi İranı zəiflətmək, gücdən salmaqdır. Trampın bunun üçün bütün resursları işə salacağı da şübhə doğurmur. Hesab edirəm ki, bu plan müxtəlif vaxtlarda İrana qarşı tətbiq edilib və müəyyən effektiv olduğu görünüb. Lakin bu effekt son nəticəyə təsir edə bilməyib. Elə son etirazların miqyası çox böyük olsa da, nəticədə molla rejimin mevqeləri sarsılmadı və rejim repressiv hərəkətlərlə etirazları məğlub edə bildi. Mümkündür ki, bu dəfə də effektivlik nəticəsiz qalsın. Çünki İran daxilindəki müxalifət çox parçalanmış və vəziyyətdədir və bu parçalanma həm də etnik xarakterlidir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr