AZ

Meksika-ABŞ sərhədində əsgərlər xidmətə başlayıb

Bakı, TurkicWorld

Meksika hökuməti ABŞ-la sərhəd təhlükəsizliyini artırmaq məqsədilə 10 min Milli Qvardiya üzvü və hərbi personalı şimal sərhədinə yerləşdirib.

TurkicWorld xəbər verir ki, bu addım, ABŞ prezidenti Donald Trampın Meksikaya tətbiq etdiyi gömrük rüsumlarını bir ay müddətinə dayandırması müqabilində atılıb.

Meksikanın Aşağı Kaliforniya, Sonora, Çihuahua və Tamaulipas ştatlarında 6310 Milli Qvardiya üzvü və 2700 ordu əsgəri yerləşdirilib.

Sərhədə göndərilən hərbi qüvvələr, Ciudad Juarez ilə Texasın El Paso şəhəri arasındakı sərhəddə patrul xidməti aparır.

Qeyd edək ki, Fevralın 1-də Donald Tramp Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz əlavə rüsum tətbiq edən sərəncam imzalayıb.

Meksika prezidenti Klaudiya Şeynbaum, Tramp ilə telefon danışığından sonra sərhəd təhlükəsizliyini gücləndirmək üçün 10 min əsgər göndərmək qərarına gəldiyini açıqlayıb.

Tramp bu tədbirin fentanil qaçaqmalçılığının və qeyri-qanuni miqrant axınının qarşısını almağa kömək edəcəyini bildirib.

Seçilən
71
turkic.world

1Mənbələr