AZ

Azad edilmiş ərazilərimizdəki sənaye parklarına investorların cəlb edilməsi istiqamətində işlər davam etdirilir - Seymur Adıgözəlov

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sənayeparklarına investorların cəlb edilməsi istiqamətində, yeni sənayemüəssisələrinin yaradılması istiqamətində işlər sürətlə davametdirilir.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, 190 hektar ərazidə yaradılan Ağdam SənayeParkının 70%-ə yaxın hissəsi sahibkarların istifadəsinəverilib:

"Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraqhazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkındansonra ölkədə ikinci böyük Park hesab edilir. İndiyədək Ağdam SənayeParkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isəqeyri-rezidentlik statusu verilib.

Bu rezidentlər tərəfindən Sənaye Parkına 276 milyon manatdan çoxinvestisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılmasınəzərdə tutulur".

"Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeriyaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olanəhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisəfəaliyyət göstərir.

Parkda istehsal edilən məhsulların daxili bazara satışı iləyanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. SənayeParkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışıedilib", - deyə o vurğulayıb.

Seçilən
4
5
az.trend.az

10Mənbələr