AZ

Türkiyədəki dəhşətli zəlzələdən 2 il ötür

Türkiyədə 2023-cü il fevralın 6-da Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda isə 7,6 bal gücündə zəlzələ baş verib.Missiya.Az xəbər verir ki, həmin "Əsrin fəlakəti" kimi xarakterizə edilən zəlzələdən 2 il ötür.

Kahramanmaraşla yanaşı, Hatay, Osmaniyə, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Kilis, Adana ,Malatya və Elazığda baş verən fəlakətdə 53 min 537 adam həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb. Türkiyənin beynəlxalq yardımın daxil olduğu 4-cü səviyyəli xəbərdarlıq elan etdiyi zəlzələdən sonra 93 ölkədən axtarış-xilasetmə qrupları bölgədəki işlərə qoşulub. Cəmi 120 min kilometrlik ərazidə 14 milyon vətəndaşın birbaşa təsirləndiyi zəlzələlər 11 vilayət, 124 rayon, 6 min 929 kənd və məhəllədə ağır, ciddi fəsadlara yol açıb.

Hadisənin ağırısı bütün Türkiyəni dərindən sarsıdıb. Hazırda zəlzələnin yaratdığı ziyanlar aradan qaldırılıb, bölgələrdə bərpa işləri həyata keçirilir, insanlara lazımi dəstək göstərilir.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
42
missiya.az

1Mənbələr