AZ

Kahramanmaraş zəlzələlərindən 2 il KEÇDİ

Türkiyədə 2 il öncə fevralın 6-da saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda 7.7, Elbistan rayonunda isə 13.24-də 7.6 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, Kahramanmaraş ilə yanaşı Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığda da vurduğu fəlakətdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb.

Türkiyənin 4-cü səviyyəli xəbərdarlıq elan etdiyi zəlzələdən sonra aralarında beynəlxalq yardım da daxil olmaqla, 93 ölkədən axtarış-xilasetmə qrupları bölgədəki işlərə qatılıb.

Ümumi sahəsi 120 min kvadrat kilometr olan 14 milyon vətəndaşı birbaşa təsir edən zəlzələlər 11 əyalət, 124 rayon, 6 min 929 kənd və məhəllədə böyük dağıntılara səbəb olub.

Ölkə ərazisində 7 günlük milli matəm elan edilib və zəlzələ bölgəsində fövqəladə vəziyyət elan edilib.

Günel Məlikzadə


Seçilən
15
news24.az

1Mənbələr