AZ

Mərkəzi Bankna daha iki yeni baş direktor - TƏYİN EDİLİB

Tərlan İzzət oğlu Rəsulov 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir. 

Tərlan İzzət oğlu Rəsulov 2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.

Elrad Eldar oğlu Seydiyev 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.

Elrad Seydiyev 2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru vəzifəsində işləmişdir.

Seçilən
29
2
fed.az

3Mənbələr