AZ

Qvatemala ABŞ-dan gələn miqrantları qəbul etməyə razıdır

Bakı, TurkicWorld

Qvatemala prezidenti Bernardo Arevalo, ABŞ dövlət katibi Marko Rubio ilə keçirilən görüşdə deportasiya edilən qeyri-qanuni miqrantların qəbuluna dair razılaşma əldə etdiyini açıqlayıb.

TurkicWorld AzerVoice - ə istinadən xəbər verir ki , ABŞ-dan deportasiya edilən Qvatemala vətəndaşları, eləcə də digər ölkələrdən olan miqrantlar Qvatemala vasitəsilə mənşə ölkələrinə göndəriləcək.

Arevalo, ABŞ-la razılaşma əsasında deportasiya uçuşlarının 40 faiz artırılacağını bildirib. Bu tədbirin mühacir axınını daha nizamlı şəkildə idarə etmək üçün qəbul edildiyini vurğulayıb.

Qeyd edək ki, Qvatemalanın ardınca El Salvador prezidenti Nayib Bukele də ABŞ-la bənzər, lakin daha geniş miqyaslı bir razılaşma elan edib.

Bukele bildirib ki, ölkəsi deportasiya edilən hər millətdən olan şəxsləri, o cümlədən ABŞ vətəndaşlarını və zorakı cinayətlərə görə həbs edilmiş qanuni sakinləri qəbul edəcək.

Seçilən
24
turkic.world

1Mənbələr