AZ

Azərbaycan nefti ucuzlaşıb

Yazını böyüt
Yazını kiçilt

Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,62 ABŞ dolları və ya 2,06% azalaraq 76,80 dollar/barel təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 2,12% ucuzlaşaraq 75,59 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,02 dollar və ya 3,22% azalaraq 60,55 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,54 dollar və ya 2,01% azalaraq 74,83 dollar/barel təşkil edib.

 

Seçilən
88
17
hafta.az

10Mənbələr