AZ

Tramp EPA-nın ən azı 100 əməkdaşını işdən çıxaracaq

ABŞ prezidenti Donald Trampın administrasiyası Ətraf Mühitin Mühafizəsi Agentliyinin 100-dən çox əməkdaşını inzibati məzuniyyətə çıxaracaq...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin fikrincə, inzibati məzuniyyət Trampın müxtəliflik, bərabərlik və inklüziv proqramlara, eləcə də digər israfçı proqramlara son qoymağa yönəlmiş siyasətinin nəticəsi olacaq.

İnzibati məzuniyyətə çıxarılacaq işçilərin əməkhaqqı və müavinətlərini davam etdirəcəyi dəqiqləşdirilir. Qəzet qeyd edir ki, federal orqanlar işçilərini təqvim ilində cəmi 10 gün inzibati məzuniyyətə buraxmağa icazə verirlər.

Fevralın 3-də ABŞ prezidenti Donald Trampın administrasiyasının Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) iqlim dəyişikliyi məsələləri ilə məşğul olan 1100-dən çox əməkdaşına hər an işdən çıxarıla biləcəkləri barədə xəbərdarlıq etdiyi bildirilib.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr