AZ

RQİF və AQİF Qırğızıstanda investisiya layihələrinin birgə maliyyələşməsi üzrə saziş bağlayıblar

Bişkek. Trend:

Rusiya-Qırğızıstan İnkişaf Fondu (RQİF) vəAzərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstandainvestisiya layihələrinin birgə maliyyələşməsi haqda sazişimzalayıblar.

Trend bubarədə RQİF-a istinadən xəbər verir.

Bu tərəfdaşlığın əsas məqsədi Qırğızıstan üçün iqtisadi vəstrateji əhəmiyyəti olan layihələrin gerçəkləşdirilməsi yolu iləQırğızıstan iqtisadiyyatının müasirləşdirilməsi və inkişafınavasitəçilik etməkdir.

İnvestisiyalar kredit şəklində birgə maliyyələşmə və kapitaldaiştirak, həmçinin, Qırğızıstan ərazisində qeydiyyatdan keçmiş vəfəaliyyət göstərən təsərrüfat subyektləri ilə bağlı digər maliyyəalətlərindən istifadə formasında həyata keçiriləcək.

Qeyd olunur ki, sazişin şərtlərinə görə, hər layihə üzrə nəzərdətutulan maliyyələşmə həcmi hər fond üçün 1 milyon ABŞ dollarındanaz olmayacaq.

“Birgə layihələrin həyata keçirilməsi zamanı RQİF və AQİF ilknövbədə Qırğızıstan Respublikasının iqtisadiyyatının inkişafprinsiplərini əsas tutacaq. Fondların hədəfləri üst-üstə düşür.Əminəm ki, bu cür maliyyə sinerjisi layiqli nəticələrə gətiribçıxaracaq”, - deyə RQİF idarə heyətinin sədri Artyom Novikovbildirib.

Öz növbəsində AQİF idarə heyətinin sədri Almaz Mambetov RQİF-inmövcud olduğu 10 il ərzində biznesin maliyyələşməsi üzrə böyüktəcrübə və səriştəyə malik olduğunu vurğulayıb.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr