AZ

Merkel Rusiyanın Ukraynada qalib gəlməsinin qarşısını almağa çağırdı

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsinin qarşısını almağa çağırıb.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qərb ölkələri bu məsələdə ehtiyatlı davranmalıdır. Eyni zamanda, siyasətçi Almaniyanın hazırkı kansleri Olaf Şoltsun Almaniyanın uzaqmənzilli “Taurus” raketlərinin Ukraynaya verilməməsi ilə bağlı qərarını dəstəkləyib. Merkel müttəfiqlərini “Ukraynanın suveren demokratik dövlət olaraq qalması üçün” onu dəstəkləməyin yollarını düşünməyə çağırıb. Şoltsun ​​Taurus” ilə bağlı qərarı barədə danışan keçmiş kansler əmin olduğunu bildirib ki, onun bu silahları Ukraynaya verməmək üçün “mütləq səbəbləri var”. Merkel Kiyevə hansı silahların göndərilə biləcəyini, hansının göndərilə bilməyəcəyini göstərən ABŞ-nin keçmiş prezidenti Co Baydeni xatırladıb.

 

Seçilən
1
manset.az

1Mənbələr