AZ

“Ermənilər kimi mühakimə olunacaqsınız”

Güneyli məşhur idmançı və milli fəal Kərim İsmayılzadə dünən “İnstagram” hesabında paylaşım edərək, bir neçə gün öncı İranın “Persepolis” və Güney Azərbaycanın “Traktor” futbol komandalarının oyununda Azərbaycan türklərinin aşağılanmasına sərt reaksiya verərək deyib:

“Traktor” komandasının qadın azarkeşlərinin susması onların yüksək mədəniyyətinin təhqirləri qarşısında dünyaya göstərici olub”.

Onun sözlərinə görə, “Traktor” komandasının qadın azarkeşlərinin bu addımı onların yüksək mədəniyyətini göstərmək üçün atılıb.

“Sizin faşist qardaşlarınız olan ermənilər Qarabağı özlərinin hesab edirdilər, ancaq indi mühakimə olunurlar. Sizə söz verirəm ki, paniranistlər də türklərə etdiklərinə görə mühakimə ediləcəklər”, - deyə, İsmayılzadə vurğulayıb.

Seçilən
7
vaxt.az

1Mənbələr