ABŞ Demokrat partiyasının nümayəndəsi El Qrn bildirib ki, o, prezident Donald Trampı "mənfur hərəkətlərinə" görə impiçment edilməsini tələb edir...
Poliqon “The Hill” qəzetinə istinadən xəbər verir ki, Qrin Ağ Ev rəhbərinin ABŞ-nin “Qəzza zolağının işğalına” hazır olması ilə bağlı sözlərinə belə reaksiya verib.
Fevralın 5-də Nümayəndələr Palatasının iclası zamanı Qrin prezidentin impiçmenti üçün hərəkatın başladığını elan edib. Nümayəndə Donald Trampın “Qəzza zolağının işğalı” istəyini tənqid edib və bunu etnik təmizləmə adlandırıb.
“Etnik təmizləmə zarafat deyil, xüsusən də bunu dünyanın ən qüdrətli adamı olan ABŞ prezidenti deyirsə”, deyə Qrin vurğulayıb.
Qeyd edək ki, El Qrin 2017-ci ildə Trampın ilk impiçmentinin təşəbbüskarlarından biri olub. Qrin deyib ki, xalq prezidentin istefasını tələb etməlidir.
Fevralın 5-də Netanyahu ilə görüşündən sonra mətbuat konfransında Tramp bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və onun yenidən qurulmasına başlayacaq. Trampın sözlərinə görə, buna nail olmaq üçün təqribən 2 milyon sakinin anklavdan çıxarılması lazımdır.
Donald Trampın Qəzza ilə bağlı açıqlaması Avropada da tənqid olunub. Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, anklav sakinlərinin köçürülməsi beynəlxalq hüquqa ziddir. Onu İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel dəstəkləyib. Fransa və Britaniya da eyni mövqedən çıxış edib.
Poliqon.info