AZ

“Zirə”nin hücumçusuna Avropadan daha 3 təklif

“Zirə”nin hücumçusu Salifu Suma ilə maraqlanan klubların sayı artıb.

Msport.az xəbər verir ki, 21 yaşlı forvardın Kiyev “Dinamo”suna transferi reallaşmaya bilər.

Çünki qvineyalı futbolçu daha 3 klubun diqqət mərkəzinə düşüb. Bunlar Ukraynanın digər komandası LNZ, həmçinin Rusiya təmsilçiləri Moskva “Spartak”ı və “Rubin”dir.

Bir müddət əvvəl “Dinamo”nun 800 min və ya 1 milyon avroya keçidi həyata keçirmək niyyətində olduğu bildirilirdi. Görünür, kiyevlilər transfer üçün məbləği artırmalı olacaq.

Qeyd edək ki, Salifu Suma bu mövsüm Azərbaycan Premyer Liqasında 19 oyun keçirib, aktivinə 6 qol yazdırıb.

Seçilən
9
msport.az

1Mənbələr