AZ

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı üçün işlər davam etdirilir

Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq.

Hazırda Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun qurulması istiqamətində işlər davam etdirilir.

Operativ Media xəbər verir verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyin sədri Seymur Adıgözəlov Özbəkistan və Azərbaycan şirkətləri tərəfindən inşa ediləcək Hacıqabul Sənaye Parkında hazırda görülən işlərə aydınlıq gətirib.

"Tikinti işləri sürətlə gedir, işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Müəssisənin 2025-ci ilin sonlarında fəaliyyətə başlamasını planaşdırırıq. Layihənin investisiya dəyəri 88 milyon manatdır. Zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq". - deyə sədr bildirib.

Seçilən
15
1
operativmedia.az

2Mənbələr