Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən hazırda20-yə yaxın yeni layihə nəzərdən keçirilir.
Bu sözləri Trend-in müxbirinin sualına cavab olaraq İqtisadiyyatNazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA)İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuatkonfransında deyib.
O bildirib ki, sənaye zonaları ölkəmizdə sahibkarlarıninvestisiya layihələrini həyata keçirmələri üçün əlverişliməkanlardır:
"Təbii olaraq sahibkarlar tərəfindən sənaye zonalarına, xüsusəndə işğalda azad edilmiş ərazilərdə yaraılmış sənaye parklarınamarağı yüksəkdir. Agentlik tərəfindən sahibkarların sənayezonalarına cəlb edilməsi istiqamətində mütəmadi işləraparılır".
"Hazırda Agentlik tərəfindən baxılmada olan 20-yə yaxın layihəəsasən əczaçılıq və qida məhsullarının istehsalı, mebel klasterininyaradılması, avtomobil istehsalı və s istiqamətlərdir", - deyə ovurğulayıb.