AZ

Sənaye zonalarında bu il 10-a yaxın müəssisə fəaliyyətə başlayacaq

Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması gözlənilir.

Bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Onun sözlərinə görə, bu müəssisələr innovativ inşaat materialları, tütün məmulatları, yük avtomobilləri və s. məhsullar istehsal edəcək: "Onların hesabına 1 000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır".

S. Adıgözəlov qeyd edib ki, ölkə Prezidentinin 12 iyun 2024-cü il tarixli Fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb: "Əsas məqsəd sahibkarların bu zonaya marağının yüksək olmasıdır. Daha əvvəl Sənaye Məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçmiş sahibkarların Parkın iştirakçısı kimi qeydiyyata alınması tamamlanıb. Artıq 8 sahibkar rezident, 2 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib".

© "Report"

Seçilən
14
2
marja.az

3Mənbələr