AZ

"Lokomotiv"də münaqişə - Klub türk idmançının tərəfini saxladı

Rusiyanın “Lokomotiv” voleybol klubunun türkiyəli oyunçusu Ebrar Karakurt ilə komanda yoldaşı Yuliya Brovkina arasında münaqişə yaşanıb.

Fanat.Az xəbər verir ki, məlumatı “Volley News” yayıb. 

Komandanın paltardəyişmə otağında voleybolçular arasında böyük dava düşüb. Türkiyəli xanım idmançı rusiyalıya hücum edib. Onları çətinliklə ayıra biliblər. 

Karakurt zalı tərk etdikdən sonra da hirsi soyumayıb. Qəzəbli voleybolçu Brovkinanın avtomobilinə ziyan vurub. Arenanın kameraları tərəfindən lentə alınan bu hərəkət komandada daxili böhrana səbəb olub. Türk voleybolçu hətta klubun baş direktoruna ultimatum yollayıb: "ya mən, ya da Brovkina". 

Karakurt mövsümün sonunda Türkiyəyə dönəcək. Lakin rəhbərlik indiki halda ondan ayrılmayaraq Brovkinanı ikinci komandaya göndərib.

Mirağa

Seçilən
7
fanat.az

1Mənbələr